Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

İyunun 16-da Rusiya prezidenti Vladimir Putin Moskvada dünyanın enerji sektoru liderlərinin toplantısında çıxış edəcək. Putin 5 min nümayəndə qarşısında danışacaq. Dünya Neft Konqresinə 65 ölkədən dövlət və özəl şirkət təmsilçiləri qatılacaq.

Bir həftə davam edən tədbir 3 ildən bir keçirilir. Ukrayna böhranı və Rusiyanın Kiyevlə qaz mübahisəsi ucbatından Dünya Neft Konqresi Moskva üçün özəl əhəmiyyət daşıyır. Bu mübahisə Qazpromun Avropa Birliyinə daşımalarına təsir göstərə bilər.

İraqda əraziləri İraq və Şamın İslam Dövləti (İŞİD) qruplaşması tutandan sonra neftin qiymətinin artması diqqəti bu tədbirə yönəldib.

OPEK-in baş katibi Abdullah el-Badri, BP şirkətinin icraçı direktoru Bob Dudley qonaqlar arasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG