Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:43

Qaz danışıqları alınmadı


Arxiv foto
Arxiv foto
-
Rusiya, Ukrayna və Avropa Komissiyasının təmsilçilərinin Kiyevdə üçtərəfli qaz danışıqları nəticəsiz bitib.

İyunun 16-da Moskva vaxtı ilə saat 10-dək Qazprom Kiyevdən 2 milyard dollarlıq borcu geri istəyir. Əks halda, Ukraynaya qaz təchizatı üçün öncədən ödəmə rejiminə keçiləcək. Bunu Qazpromun təmsilçisi Sergey Kupriyanov deyib.

Ukraynanın energetika və mədən sənayesi naziri Yuriy Prodan Kiyevdə bildirib ki, Rusiya qaza dair bazar kompromisinin tapılmasına meylli olmayıb və Avropa Komissiyasının konkret təkliflərinə razılaşmayıb.

Naftoqaz Ukrayna şirkətinin rəhbəri Andrey Kobolev deyib ki, yeni günün əvvəlinədək hansısa kompromisi istisna etmir. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Guenter Oettinger min kubmetr qaza görə 326 dollar aralıq qiyməti müəyyənləşdirməyi təklif edib. Rusiya tərəfi hələlik bu təklifə cavab verməyib.

Ukraynanın qaz borcu 5 milyard dollar həcmindədir. Moskva borcun ödənməsini tələb edir. Mayın sonunda bu məbləğin 783 milyon dolları ödənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG