Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

İyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Azərbaycanın mövqelərini atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

1994-cü il təvəllüdlü, Füzuli rayonundan hərbi xidmətə çağırılmış hərbi qulluqçu, kiçik çavuş Kərimov Səməndər Fazil oğlu həlak olub. Döyüş postunda şəxsi şücaət göstərdiyinə görə o, ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.

Son bir ay ərzində atəşkəs pozuntusu barədə xəbərlərin sayı artıb. Azərbaycan və Ermənistan tərəfi bir-birini ittiham edir. Hər iki tərəfdən həlak olanlar və yaralananlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG