Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:52

İlham Əliyev "dünyanın azadliq və demokratiya rəmzini" ziyarət edib (FOTOSESSİYA)


İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda olmuşlar. Bu barədə dövlət xəbər agentliyi, Azərtac xəbər verir.

Azərtac yazır: "Altı min illik tarixi olan Afina dünyanın ən qədim şəhərlərindən biridir. Şəhər müdriklik ilahəsi Afinanın adını daşıyır. Bütün dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi məkanlar arasında Akropol xüsusi yer tutur. “Yuxarı şəhər” mənasını verən və Afinanın rəmzi hesab olunan bu müqəddəs qaya qədim sivilizasiya ilə müasirliyi bir araya gətirir. Akropol öz möhtəşəmliyi ilə onu görməyə gələn hər bir turistin qəlbində unudulmaz hisslər yaradır."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Yunanıstana səfır edib. Yunanıstan Azərbaycanın iri enerji tərəfdaşıdır. Rəsmi görüşlər İyunun 16-da keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG