Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Dinc mübarizənin 198 metodu


NİDA-çı gənclərə hökm oxunarkən onların həmkarları etiraz aksiyasına cəhd edərkən. 6 may 2014
NİDA-çı gənclərə hökm oxunarkən onların həmkarları etiraz aksiyasına cəhd edərkən. 6 may 2014
.

İyun 15-də NİDA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə Azərbaycan dilinə tərcümə olunan Robert Helveyin "On strategic nonviolent conflicts: thinking about the fundamentals" – “Strateji dinc mübarizə: əsas prinsiplər" kitabının təqdimatı keçirilib.

Kitab qeyri-zorakılıq və dinc mübarizədən bəhs edir.

Təqdimatda çıxış edən NİDA-nın İdarə Heyətinin üzvü Turqut Qəmbər bildirib ki, “bu tipli kitablarda çox aydın şəkildə göstərilir ki, bizim gücümüz məhz qeyri-zorakı, dinc metodlardan istifadə etməyimizdədir.

Bu kitabda 198 metod var. Əksəriyyətindən istifadə etməmişik. Bəziləri yerli mühitə uyğun deyil, ölkədə bunu eləmək mümkün deyil. Bəzilərinə sadəcə pulumuz çatmır, bəziləri burda alınmaz, yəni bəzi rejimlər daha avtoritardır, bəziləri daha az avtoritardır”.

Turqut Qəmbər deyib ki, “biz qeyri-zorakı, dinc mübarizədən istifadə edib Azərbaycanı demokratikləşdirəcəyik”.

Mərasimdə kitabın satışı da həyata keçirilib.

NİDA Vətəndaş Hərəkatının 8 üzvü hazırda həbsdədir. Onlar kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə ittihamları ilə 6 ildən 8 ilə qədər azadlıqdan məhrum ediliblər. İnsan haqları təşkilatları onların əslində siyasi baxışlarına görə həbs olunduqlarını deyirlər.
"On strategic nonviolent conflicts: thinking about the fundamentals" kitabının Azərbaycan dilində tərcüməsinin üz qabığı.
"On strategic nonviolent conflicts: thinking about the fundamentals" kitabının Azərbaycan dilində tərcüməsinin üz qabığı.
XS
SM
MD
LG