Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

İran prezidenti iyunun 20-ə qədər nüvə danışıqlarında razılaşma gözlədiyini deyir


İran prezidenti Hassan Rohani
İran prezidenti Hassan Rohani
İran prezidenti Hassan Rohani ölkəsinin nüvə proqramı ilə bağlı yaranmış böhrana son qoymaq üçün iyunun 20-ə qədər Tehranla razlılıq əldə etməyə çağırıb. İran prezidenti deyib ki, bu mübahisəyə xoş məram və çeviklik son qoya bilər.

Rohani deyib ki, Tehrana qarşı beynəlxalq sanksiyalar İran hökumətinin gərginliyin azaldılmasına yönəldilmiş siyasəti sayəsində yumşalıb.

İran və 6-lıq dövlətləri (ABŞ, Rusiya, Çin, Fransa, Britaniya, Almaniya) iyunun 16-dan 20-ə qədər Vyanada danışıqların növbəti raundunu keçirəcək.

Qərb İranın nüvə proqramının silah yaradılmasına yönəldiyini guman edir. Tehran isə bu proqramının yalnız dinc məqsədlərlə atom enerjisi almaq üçün həyata keçirildiyini bildirir. Amma İran eyni zamanda bu cür enerjini kənardan almaqdan da imtina edir.
XS
SM
MD
LG