Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:45

13 iyun buraxılış imtahanlarının cavablarına burada baxmaq olar


Arxiv fotosu
Arxiv fotosu
İyunun 13-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin məlumatına görə, 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri iyun ayının 15-də saat 13:00-dan komissiyanən internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 13-də ümumi orta təhsil bazasında (9 illik ) və tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında "ana dili" və "riyaziyyat" fənnlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

NƏTİCƏLƏRƏ BAXMAQ ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG