Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27

Qazprom Kiyevlə danışıqların iflasa uğradığını bildirir


Arxiv fotosu. Ukraynada qaz kəmərləri.

Arxiv fotosu. Ukraynada qaz kəmərləri.

.

Ukrayna ilə qaz mübahisəsinə dair Kiyevdə aparılan danışıqlar hər hansı irəliləyiş əldə edilmədən iyunun 15-də başa çatıb. Üstəlik danışıqların davam etdirilməsi üçün hər hansı yeni tarix də müəyyənləşdirilməyib.

Bu haqda Rusiyanın Qazprom şirkətinin sözçüsü Sergei Kupriyanov məlumat verib.

Moskva 1.95 milyard dollarlıq borcunu iyunun 16-dək ödəməyəcəyi təqdirdə Ukraynaya qaz verilməsini dayandıracağını bildirib. Bu həm də Ukraynadan keçməklə Avropa Birliyi ölkələrinə nəql edilən qazın azalması demək olacaq.

Ukrayna son 18 ay üzrə aldığı qazın hər 1000 kubmetrinə görə 326 dollar ödəməyə razıdır. Moskva isə son qiymətin 385 dollar olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG