Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40
Bu gün Ukraynada matəm günüdür.

Prezident Petro Poroshenkonun fərmanında deyilir ki, iyunun 15-i saat 12-də bütün Ukrayna ərazisində dünən həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Matəm günü ilə bağlı əyləncə və idman tədbirləri təxirə salınıb.

İyunun 14-də Luqansk hava limanında yerə enərkən separatçılar Ukrayna Silahlı qüvvələrinin “İL-76” hərbi-hava təyyarəsini vurub. Təyyarədə olan 9 ekipaj üzvü və 40 hərbçi həlak olub.

Təyyarə rotasiya üçün şəxsi heyət daşıyırmış. Təyyarədə hərbi texnika, avadanlıq və ərzaq olub.

Təyyarənin zenit qurğusundan və iriçaplı pulemyotla vurulduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG