Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:11

«Azadlıq» qəzeti: «İlham Əliyevin çətin günləri başladı»


Azərbaycan qəzetləri

Azərbaycan qəzetləri

-
“Azadlıq” qəzeti

“Azadlıq” qəzeti

İLHAM ƏLİYEVİN ÇƏTİN GÜNLƏRİ BAŞLADI

«Azadlıq» qəzeti Avropa Komissiyasının prezidenti Jose Manuel Borrosonun «Təklif etdiyimiz demokratiya, yaxşı idarəetmə, qanunun aliliyi və açıq iqtisadiyyat prinsipləri əsasında Avropa Ittifaqı ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyadır» fikrinə geniş yer ayırıb.
Qəzet yazır ki, «bu İlham Əliyev üçün bu çox ağır xəbərdir. Ona görə ki, ikinci, üçüncü şəxslərin dililə Qərbi şantaj edərkən o planlaşdırırdı ki, regionda vəziyyətin çətinləşməsindən istifadə edərək, özünün əhəmiyyətini şişirtməklə hakimiyyətinin ömrünü bir az da uzatmaq imkanı əldə edəcək. Avropa Ittifaqı isə bir bəyanatla bunun mümkün olmadığını ortaya qoydu.

Təbii ki, Barrozo «yaxşı idarəetmə» deyəndə bələdiyyə və icra hakimiyyəti, parlamentin funksionallığı istiqamətindəki islahatları, «qanunun aliliyi» deyəndə məhkəmələrin azadlığının təmin olunması və qərarların icrasındakı operativliyi, «açıq iqtisadiyyat» deyəndə monopoliyalara qarşı mübarizəni və azad bazarın bərqərar olmasını nəzərdə tutub. Bütün bunlar isə bütövlükdə Assosiasiya sazişi üzrə islahatlar deməkdir. Bir sözlə, Qərb Ilham Əliyevə elan olunan prinsiplər üzrə yol xəritəsini göstərdi».
“Yeni Azərbaycan” qəzeti

“Yeni Azərbaycan” qəzeti

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYIDIŞI İLƏ AZƏRBAYCAN PARÇALANMAQDAN XİLAS OLDU

«Yeni Azərbaycan» qəzeti YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin fikirlərini dərcə edib.

Arif Rəhimzadə bildirib ki, «Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdışı ilə ilk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyllərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG