Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:32

Seçki günü 46 nəfəri qətlə yetirdilər


Kabulda prezident seçkisinə gələn vətəndaşlar təhlükəsizlik yoxlmasından keçirlər. 14 iyun 2014
Kabulda prezident seçkisinə gələn vətəndaşlar təhlükəsizlik yoxlmasından keçirlər. 14 iyun 2014
Əfqanıstanda prezident seçkilərinin ikinci turunda talibançılar 46 nəfəri qətlə yetiriblər.

MSK sədri Ahmed Yusif Nuristani bildirib ki, təhlükəsizlik baxımından səsvermə zamanı 6365 seçki məntəqəsindən 200-ü bağlanıb.

İyunun 14-də Əfqanıstanda prezident seçkilərinin ikinci turu keçirlib.

Prezident seçkiləri uğrunda keçmiş xarici işlər naziri Abdullah Abdullah və keçmiş maliyyə naziri Ashraf Ghani mübarizə aparıb.

Kabildə seçki məntəqələrinin açılmasına az qalmış bir neçə partlayış olub.

Seçkilərin nəticələri iyulun 22-də açıqlanacaq.

Bundan əvvəl talibançılar səsvermədə iştirak edəcək əfqanları ölümlə hədələmişdilər.
XS
SM
MD
LG