Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:31

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən 21 il keçir


Heydər Əliyev Bakıda o zamankı prezident Əbülfəz Elçibəylə görüşərkən.

Heydər Əliyev Bakıda o zamankı prezident Əbülfəz Elçibəylə görüşərkən.


İyunun 15-i Azərbaycanda rəsmən Milli Qurtuluş Günü bayram elan edilib. Hakimiyyət və hakimiyyətyönlü dairələr bununla bağlı xüsusi bayram tədbiləri keçirirlər.

Bu, 1993-cü ilin iyununda indiki prezident İlham Əliyevin atası Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlıdır.

Gəncədəki hərbi hissəsinin qiyamından sonra o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət edilmiş, iyunun 15-də isə o, Milli Məclisin sədri seçilmişdi. 1998-ci ildə isə həmin gün Azərbaycanda rəsmi dövlət bayramı elan edilib.

Milli Qurtuluş Gününün məzmunu ilə bağlı Azərbaycanda mübahisələr var.

Müxalifətdə olanlar və müstəqil ekspertlər qeyd edirlər ki, 1993-cü ildə Rusiyanın təcavüzkar dairələrinə arxalanan Azərbaycandakı qüvvələr dövlət çevrilişi ediblər. Qiyamçıların əsas məqsədi isə ölkədə ciddi islahatlar həyata keçirən Azərbaycan Xalq Cəbhəsinin qərbyönümlü demokratik hakimiyyətini devirmək və Azərbaycanı Moskvanın təsir dairəsinə qaytarmaq olub.

Bunun üçün də Azərbaycan torpaqlarının işğalına şərait yaradılıb, ölkədə ictimai sabitlik pozulub. Ona görə də 15 iyun əslində Azəraycanda demokratik proseslərin dayandığı, ölkənin yenidən Rusiyanın təsir dairəsinə düşdüyü gündür.

Hakimiyyət təmsilçiləri isə Heydər Əliyevin Azərbaycanda növbəti dəfə rəhbərliyə qayıtması ilə ölkədə vətəndaş müharibəsi, parçalanma təhlükəsizninin aradan qalxdığını, dövlətin qorunduğunu deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG