Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:45

ABŞ Körfəzə hərbi təyyarələr daşıyan gəmi göndərir


Arxiv fotosu. ABŞ-ın təyyarə daşıyan gəmilərindən biri.

Arxiv fotosu. ABŞ-ın təyyarə daşıyan gəmilərindən biri.

ABŞ Körfəzə hərbi təyyarələr daşıyan gəmi göndərir

ABŞ-ın Müdafiə naziri Chuck Hagel bildirir ki, hərbi təyyarələr daşıyan gəmi iyunun 15-də Fars Körfəzində mövqe tutuacaq. İraqda getdikcə irəliləyən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının hücumlarına görə bu ölkədə təhlükəsizlik şəraiti daha da pisləşsə həmin hərbi qüvvələrdən istifadə oluna bilər.

İyunun 14-ü axşam saatlarında ABŞ Dövlət katibi John Kerry İraqın Xarici İşlər naziri Hoshyar Zebari ilə danışıb. Dövlət katibi bildirib ki, ABŞ-ın yaraqlılarla mübarizədə İraqa köməyi o zaman effektli olar ki, bu ölkədə liderlər fikir ayrılıqlarına son qoya, son seçkilərin nəticələrini təsdiq edə və milli birlik hökuməti formalaşdıralar.

İŞİD yaraqlıları son bir neçə gündə İraqın şimalında və şərqində böyük ərazilərə nəzarəti ələ keçiriblər. O cümlədən də Mosul və Tıkrıt şəhərlərini alan yaraqlılar paytaxt Bağdada doğru irəliləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG