Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

Qoyun-quzunu sel apardı, evi dolu dağıtdı...


Arxiv fotosu
Arxiv fotosu
-
“Hələ də məəttəl qalmışıq. İlk dəfəydi belə güclü dolu görürdük. Hər şey bir anda baş verdi. Bir tərəfdən dolu, leysan, bir tərəfdən də güclü külək... Göz açmağa imkan yox idi...”

"ZƏRƏRİ KİM ÖDƏYƏCƏK?"

Daşkəsənin Zəylik kəndinin sakini Elxan Əzizov hələ də iyunun 10-da axşam saatlarında kəndə yağan güncü dolunun təsirindədir. Deyir, hələ bu vaxta qədər kəndlilər belə güclü dolu yağdığının şahidi olmamışdı. Təbiətin şıltaqlığı kəndliləri təkcə bununla mat qoymayıblar. Bu şıltaqlıq bir anda kəndliləri mal-heyvandan, ev-eşikdən də məhrum edib. Kəndli deyir, indi bilmir ki, selin alıb apardığı qoyun-quzunun, inəyin, dağıtdığı evin zərərini ona kim ödəyəcək.

Elxan Əzizov:

“Leysan, dolu ev-eşiyi xarabaya çevirdi. Divarlar, tavan, döşəmə... Heç nədən əsər-əlamət qalmayıb. Heyvanları da su apardı...”

Əhəd Abıyev
Əhəd Abıyev
“ADAMLARA QOYUN-QUZU ALIB VERMƏYƏCƏYİK Kİ...”

“Rayon icra hakimiyyəti kiməsə qoyun-quzu alıb verməyəcək ki?.. İnsanlar özləri də başa düşməlidilər ki, bütövlükdə rayona ziyan dəyib. Mənim işim rayonda yolu, qazı, suyu, işığı, insanalrın evlərinin dam örtüyünü bərpa etməkdir. Ayrı-ayrı rayondan gələn fermer təsərrüfatları olanlara mal-qara ala bilmərik. Eləsi var deyir ki, qızıl-gümüşüm, pulum gedib. Cibində pulu saxlaya bilmirsənsə, özün necə qalmısan? Belə həyasızcasına hərəkət etmək olmaz. Mən vəzifəmi icra edirəm, rayon sakinlərinə dəyən ziyanı ödəyirəm”. - bunu isə AzVision.az saytına təbii fəlakətdən bir gün sonra Daşkəsən rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib.

Başçı onu da deyib ki, ziyan dəyən evlərə görə kompensasiyanın ödənilməsi ilə xüsusi komissiya məşğul olur.

Güclü külək, leysan və dolu sosial obyektlərə, inzibati binalara, fərdi yaşayış evlərinə, dam örtüklərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, əkin sahələrinə, avtomobillərə ciddi ziyan vurub. Hətta xəsarət alan insanlar da olub.

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev bildirib ki, daha çox ziyan dəymiş məntəqələr Əmirvar, Gürbulaq, Quşçu, Zəylik, Kəmərqaya kəndləridir. Eyni zamanda, Daşkəsən şəhərinə və ətraf qəsəbələrə - Mədənçilər, Alünitdağ qəsəbələrinə də xeyli ziyan dəyib.
XS
SM
MD
LG