Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:48

Barroso vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb


Jose Manuel Barroso
Jose Manuel Barroso
-
İyunun 14-də Avropa Komissiyasının sədri Jose Manuel Barroso Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Görüşdə ifadə azadlığı da daxil olmaqla, fundamental azadlıqların vəziyyəti haqqında da danışılıb.

Bu haqda AzadlıqRadiosuna Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov məlumat verib.

O, Avropa Komissiyası sədrindən İlham Əliyevlə görüşündə həbsdə olan jurnalistlər və bloqqerlər, media qanunvericiliyində islahatlar məsələsini qaldırmağı xahiş edib.

«Görüşdə internet azadlığı sahəsindəki mövcud durumdan da ətraflı danışıldı. Avropa Birliyi və Barroso-nun kabineti fundamental azadlıları diqqətdə saxlayırlar. İnsan haqlarına hörmət, demokratiya sahəsində islahatlar və vətəndaş cəmiyyətini rolunun artırılması məsələləri onlar üçün prioritetdir» - deyə Emin Hüseynov əlavə edib.
XS
SM
MD
LG