Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:39

Əfqanıstanda prezident seçkisinin ikinci turu keçirilir


Kabildə səsvermə - 14 iyun 2014.
Kabildə səsvermə - 14 iyun 2014.
-
İyunun 14-də Əfqanıstanda prezident seçkisinin ikinci turu keçirilir.

Prezidentlik uğrunda keçmiş xarici işlər naziri Abdullah Abdullah və keçmiş maliyyə naziri Ashraf Ghani mübarizə aparır.

Səsvermə gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir.

Kabildə seçki məntəqələrinin açılmasına az qalmış bir neçə partlayış olub.

Daxili İşlər Nazirliyi bildirib ki, azı bir raket Kabil beynəlxalq aeroportunun yerləşdiyi rayona düşüb. Daha bir partlayış isə paytaxtının qərbində baş verib.

Xəsarət alan olmayıb.

Seçkilərin nəticələri iyulun 22-də açıqlanacaq.

Bundan əvvəl talibançılar səsvermədə iştirak edəcək əfqanları ölümlə hədələmişdilər.
XS
SM
MD
LG