Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:42

İraqın Mosul şəhərini 300 min adam tərk edib


Mosuldan olan köçkünlər, 13 iyun 2014
Mosuldan olan köçkünlər, 13 iyun 2014
-
Birləşmiş Millətlər Təşkilatı (BMT) İraq Şam İslam Dövlətinin (İŞİD) Mosulda mülki şəxslərə qarşı edamlar həyata keçirdiyini, yüzlərlə adamın öldürüldüyünü bildirib.

BMT-nin İnsan Haqları Ali Komissarlığı İraqda polisə işləyən 17 mülki və 12 əsgərin öldürüldüyünü də bəyan edib.

Ali komissar Navi Pillay-ın sözçüsü Rupert Colville deyib ki, təcavüzə uğrayan 4 qadın isə özünü öldürüb.

BMT Qaçqınlar Komitəsi son bir neçə gündə Mosulu tərk edən sakinlərin sayının 300 minə çatdığını bildirir.

İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən İraq Şam İslam Dövləti adlı sələfi (vəhhabi) terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir.
XS
SM
MD
LG