Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:23

İlham Əliyevlə Barroso-nun təkbətək görüşü olub


İlham Əliyev və José Manuel Barroso - Foto arxiv
İlham Əliyev və José Manuel Barroso - Foto arxiv
-
İyunun 14-də Bakıda prezident İlham Əliyevin Avropa Komissiyasının sədri José Manuel Barroso ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbəri president.az saytı yayıb.
XS
SM
MD
LG