Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33
-
Ədliyyə Nazirliyinin Penitensiar xidməti NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Bəxtiyar Quliyevin növbəti müraciətini yayıb.

Yayılan müraciətdə Bəxtiyar Quliyev may ayında yaydığı bəyanata mətbuatda verilən reaksiyalara münasibət bildirir. O, növbəti müraciətində hər kəsi öz fikirlərinə, qərarlarına sayğı ilə yanaşmağa dəvət edir:

«On beş ay mənim üçün həyatı və dövlətçiliyi dərk etməyimdə yetərli bir zaman kəsiyidir. Qeyri-ixtiyari düşdüyüm vəziyyətin səbəbini düşündükcə, heç bir vəchlə özümə haqq qazandıra bilmədim. Birinci haqsızlığın özümə, yaxınlarıma qarşı ən böyük cinayət olduğunu dərk etdim. Kimlərinsə siyasəti mənim kimi bir çox gənclərin təmiz beyinlərini özlərinin dərk etdiyi yanlış müstəqillik havası ilə doldurub, keçirdikləri mənasız aksiyalara sürükləməklə, təmiz və saf olan azadlıq eşqini qəlblərdə boğmaqdan başqa bir şey deyil...».

NİDA Vətəndaş Hərəkatının 8 üzvü 6-8 il, o cümlədən Bəxtiyar Quliyev 7 il azadlıqdan məhrum edilib.

Onlar, əsasən, kütləvi iğtişaşların təşkilinə cəhddə təqsirləndirilirlər.

İttihamları qəbul etməyən NİDA-çılar həbslərinin siyasi sifariş olduğunu bildirdilər.

May ayının sonlarında Bəxtiyar Quliyev müraciət yayaraq NİDA üzvlüyündən çıxdığını bəyan etmişdi. Bundan sonra o, əfv olunması ilə bağlı prezidentə məktub ünvanlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG