Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

İyunun 13-də Gəncənin Nizami Rayon Məhkəməsində «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin məhkəməsi keçirilib.

Məhkəmədə zərərçəkən kimi Arzu Qəhrəmanov və polis işçisi Nazim Hacıyev dindirilib.

Bu haqda AzadlıqRadiosuna Həsən Hüseynli məlumat verib:

«Zərərçəkən Arzu Qəhrəmanov ifadə verdi. İlkin ifadəsində dediklərini təkrar elədi. Dedi ki, guya mən birdən-birə onun qarşısına çıxmışam, hədələmişəm, yerə yıxıb bıçaqlamışam. Hakim dedi ki, niyə görə sizə yaxınlaşdı, cavab verdi ki, özündən soruşun. Polis də ifadəsində bildirdi ki, zəng əsasında xəstəxanaya gedib, orada yaralı adam görüb».

Məhkəmə prosesi iyunun 23-də davam edəcək.

Həsən Hüseynli martın 31-də tutulub. O, Gəncə şəhər sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Aprelin 2-də polis nəzarətinə verilməklə azadlığa buraxılıb. Ona silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı irəli sürülüb.

Özü ittihamları qondarma adlandırır.
XS
SM
MD
LG