Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28
-
Ukraynadan gələn xəbərlərə görə, hökumət qüvvələri yaraqlıların tutduğu Mariupol liman şəhərini mühasirəyə alıb.

Daxili işlər naziri Arsen Avakov facebook-da yazıb ki, iyunun 13-də səhər tezdən şəhərə hücum edilib.

Yaraqlılar döyüş olduğunu, beş separatçının öldürüldüyünü təsdiqləyib.

Avakov yazır ki, yaraqlıların əsas istehkamları alınıb, snayper mövqeləri dağıdılıb. O, iki əsgərin yaralandığını bildirib.

Yaraqlıların məlumatına görə, onlar içində hökumət əsgərləri olan maşını partladıb və «xeyli əsgəri» yaralayıb.
XS
SM
MD
LG