Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:36

Anar sədr postuna yenidən namizədliyini irəli sürəcək


Anar
Anar
-

Yazıçı Anar Azərbaycan Yazıçılar Birliyinin sədri postuna yenidən namizədliyini irəli sürəcək.

Anar bunu “525-ci qəzet”in 13 iyun sayında dərc etdirdiyi yazısında elan edib.

“Xİİ qurultayımız” adlı yazısında Anar bildirib: “Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün qərarımı qurultay ərəfəsində verəcəm - deyirdim. İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram”.

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı iyunun 17-si Milli Dram Teatrında keçiriləcək. Qurultayda sədr seçkisi də olacaq.

Yazıçı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar İttifaqının sədridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG