Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:41

Yazıçı Anar Azərbaycan Yazıçılar Birliyinin sədri postuna yenidən namizədliyini irəli sürəcək.

Anar bunu «525-ci qəzet»in 13 iyun sayında dərc etdirdiyi yazısında elan edib.

«XII qurultayımız» adlı yazısında Anar bildirib:

«Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacağammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün qərarımı qurultay ərəfəsində verəcəyəm - deyirdim. İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram».

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı iyunun 17-si Milli Dram Teatrında keçiriləcək. Qurultayda sədr seçkisi də olacaq.

Yazıçı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar İttifaqının sədridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG