Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Qazaxıstan 10 ölkə üçün viza rejimini ləğv edəcək


Nursultan Nazarbayev

Nursultan Nazarbayev


Qazaxıstan birtərəfli qaydada 10 ölkənin vətəndaşları üçün viza rejimini ləğv etmək istəyir. ABŞ və Böyük Britaniya da bu ölkələr sırasındadır. Bunu prezident Nursultan Nazarbayev xarici investorların iclasında deyib.

«Bu gün biz elan edirik ki, Qazaxıstanda yüksək investisiya fəallığı göstərən 10 ölkə üçün birtərəfli qaydada vizasız rejim tətbiq edirik. Bu siyahıya Böyük Britaniya, Almaniya, İtaliya, Malayziya, Niderland, BƏƏ, Koreya respublikası, ABŞ, Fransa və Yaponiya daxildir,» Nazarbayev deyib.

Onun sözlərinə görə, viza baryerinin götürülməsi sahibkarların biznes kontaktlarının və beynəlxalq əməliyyatlarının genişləndirilməsi üçün vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG