Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46
-
Daxili işlər naziri Arsen Avakov facebook-da yazıb ki, iyunun 13-də səhər tezdən şəhərə hücum edilib.

Yaraqlılar döyüş olduğunu, beş separatçının öldürüldüyünü təsdiqləyib.

Avakov yazır ki, yaraqlıların əsas istehkamları alınıb, snayper mövqeləri dağıdılıb. O, iki əsgərin yaralandığını bildirib.

Yaraqlıların məlumatına görə, onlar içində hökumət əsgərləri olan maşını partladıb və «xeyli əsgəri» yaralayıb.

RUS TANKI UKRAYNADA?

Ukrayna prezidenti Petro Poroshenko rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb, Rusiyadan Ukraynanın şərqinə zirehli texnikanın keçməsinə etirazını bildirib.

Kiyev öncə bəyan edib ki, Rusiyadan üç tank və digər hərbi maşınlar ölkənin şərqinə girib. Poroshenko bu hərəkəti «qəbuledilməz» adlandırıb.

Ukrayna daxili işlər naziri bu texnikanın bir hissəsinin iyunun 12-də məhv edildiyini bildirir.

TANKLAR KİMİNDİR?

Kiyevdə hökumətin iclasında Avakov deyib ki, yaraqlıların tutduğu Qorlivka istiqamətinə hərəkət edən iki tanka hücum olub.

Reuters-in müxbirləri Snijneye şəhərində iki tank gördüyünü xəbərləyib. Ancaq agentlik yazır ki, bu tankların Rusiyadan gəldiyi, yaxud Ukrayna ordusuna məxsus olduğu aydın deyil.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin sözlərinə görə, hərbi müdaxilə təsdiqlənsə, bu, «Ukraynanın şərqində böhranın ciddi genişləndiyini» göstərəcək.

İyunun 12-də Donetsk şəhərinin mərkəzində partlayış olub. AP müxbiri adminstrativ binanın qarşısında alovlanan maşın gördüyünü yazır. Üç yaralı aparılıb.

RUSİYA NARAHATDIR

Rusiya isə Ukrayna böhranına dair BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib. Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib ki, qətnamə zorakılığa son qoymağa və ATƏT-in hazırladığı yol xəritəsini yerinə yetirməyə çağırır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, Moskva getdikcə daha çox Ukraynanın şərqində zorakılığın dayandırılması yönündə heç bir irəliləyiş olmamasından narahatdır.

Şərhləri göstər

XS
SM
MD
LG