Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52
-

Tacikistanda internet istifadəçilərinin verdiyi məlumata görə, iyunun 12-dən Gmail elektron poçt sistemi daxil olmaqla, Google xidmətlərinə çıxış çətinləşib.

Tacikistan İnternet Xidməti Provayderləri Assosiasiyasının sədri Asomuddin Atoev AzadlıqRadiosuna təsdiqləyib ki, İnternet Xidməti provayderlərindən çoxu Google-u blok edib.

İki gün əvvəl YouTube videopaylaşım saytına giriş bağlanıb.

İyunun 11-də ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatovic tacik rəsmilərini YouTube-a çıxışı bərpa etməyə çağırıb.

Tacikistan hökumətinin Kommunikasiyalar Xidmətinin rəhbər müavini Rafiqjon Shakirov iyunun 11-də AzadlıqRadiosuna deyib ki, hökumətin YouTube-la bağlı duruma aidiyyatı yoxdur və səbəb «mümkün texniki problemlər» ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG