Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

Hava yağışlı keçəcək


İyunun 13-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq. Gecə saatlarında şimşək çaxacaq, arabir qısamüddətli yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 15-20, gündüz 22-26 dərəcə isti olacaq.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu belə olacaq: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da iyunun 13-də şimşək çaxacaq, yağış yağacaq. Güclü qərb küləyi əsəcək. Gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.
XS
SM
MD
LG