Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:38

BMT Təhlükəsizlik Şurasında İraqdakı vəziyyət müzakirə olunub


Vitaly Churkin
Vitaly Churkin

-

BMT Təhlükəsizlik Şurası İraqdakı vəziyyəti müzakirə etmək üçün toplaşıb. İraqda islamçı yaraqlılar bir neçə şəhəri ələ keçirib. Şuranın prezidenti, Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin bildirib ki, İraqın BMT-dəki səfiri Nickolay Mladenov videokonfrans vasitəsilə toplantı üzvləri ilə əlaqə yaradaraq, «Bağdadda zorakılıqların yayılma təhlükəsinin hələlik olmadığını» bildirib.

Bu arada ABŞ prezidenti Barack Obama bildirib ki, İraq ABŞ-ın daha çox yardımına ehtiyac duyur, ancaq prezident göstəriləcək yardımın nədən ibarət olacağına dair açıqlama verməyib.

Yüksək vəzifəli ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton hazırda İraqa hava zərbələri endirməyi götür-qoy edir.

İraqın Mosul şəhərini ələ keçirən yaraqlılar burada və ələ keçirilən digər ərazilərdə şəriət qanunlarını tətbiq edəcəklərini elan ediblər.

Associated Press agentliyinin məlumatına görə, İraqın İslamçı Dövlət və Levanta qruplaşmalarının döyüşçülərinə (İSİL) digər sünni yaraqlılar da qoşulub.
XS
SM
MD
LG