Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06
-

Braziliyanın ən məşhur yazıçısı Paulo Coelho deyib ki, ölkəsində başlanan futbol üzrə dünya çempionatını izləməyəcək. Baxmayaraq ki, bir neçə oyuna baxmaq üçün bileti var.

"Bu, əsl fəlakətdir... Məncə, sosial partlayış olacaq. Yenə də zorakılıq baş qaldırıb. İnsanlarla hökumət arasında dərin uçurum var"
- deyə yeni çap olunmuş "Xəyanət" romanının təbliği üçün Fransada olan Coelho yerli mətbuata bildirib.

Braziliyada çempionata qarşı kütləvi etirazlar davam edir, etirazçılar kasıblığın azaldılmasına xərclənə biləcək pulların idman tədbiri üçün sərf edilməsinə qarşı çıxırlar.

Maraqlıdır ki, Coelho 2007-ci ildə Braziliyanın namizədliyini dəstəkləyənlərdən idi. Hətta Braziliyanın FİFA-nın Sürix toplantısına göndərdiyi nümayəndə heyətinin üzvü idi.

Coelho o zaman demişdi ki, çempionat Braziliyanı tamam dəyişdirəcək, çünki ölkənin infrastrukturu yenidən qurulmalı olacaq.

Hətta ötən il rejissor Carla Dauden-in yaydığı videoçarxda dünya çempionatını boykota çağırmasını Coelho öz "tvit"ində axmaqlıq adlandırmışdı.

İndi isə o, hesab edir ki, Almaniya, Fransa kimi ölkələr dünya çempionatına ev sahibliyi etməkdən bəhrələndiyi, inkişaf etdiyi halda Braziliyada bu baş verməyib.

Sıravi insanların tərəfini tutan Coelho deyib ki, xəyal qırıqlığına uğrayıb. Çünki stadionlara xərclənən pullar xəstəxana, məktəb, nəqliyyat sahəsinə sərf oluna bilərdi.

lejdd.fr

Günün bütün mövzuları

XS
SM
MD
LG