Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:15
-

Amerikanın böyük nəşriyyatlarından olan "Simon & Schuster" öz müəllifləri üçün sosial şəbəkə yaradıb.

"İnkedİn" adlanan şəbəkədə yazarlar öz kitablarını təbliğ edə, özləri haqda məlumatları bölüşə, ünsiyyət qura biləcəklər.

Bu, gənc yazarlar üçün təcrübəli müəlliflərdən kitabların tanıdılması, nəşri sahəsində məsləhət almaq imkanı yaradacaq.

"InkedIn"də həm də dünya və Amerika ədəbiyyatındakı yeniliklərdən xəbər tutmaq, on-line müzakirələrdə iştirak etmək, ədəbiyyat müsabiqələri haqda məlumat əldə etmək mümkün olacaq. Yazarlar bir-birilərini mədəni tədbirlərə, konfranslara daha asan dəvət edə biləcəklər.

InkedIn-ə peşəkar insanlar üçün sosial şəbəkə olan Linkedİn-dən də keçmək mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG