Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:22

Müdafiə Nazirliyindən erməni nazirə cavab


Azerbaijan - military parade in Baku - 26Jun2013
Azerbaijan - military parade in Baku - 26Jun2013
Azərbaycanın Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı Naxçıvanda yerləşdirilmiş raket sistemlərinin Ermənistandakı istənilən hədəfi məhv etməyə qadir olduğunu deyir:

“Yalnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş “Smerç” raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir”.

Vaqif Dərgahlı bu sözləri Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın Azərbacyanı hədələyən çıxışına cavab olaraq deyib.
Iyunun 12-də Seyran Ohanyan Ermənistan parlamentindəki çıxışında atəşkəsin pozulmasında Azərbaycanı günahlandıraraq Ermənistan ordusunun genişmiqyaslı döyüş əməliyyatlarına hazır olduğunu bildirib.

Vaqif Dərgahlı APA informasiya agentliyinə bildirib ki, Ermənistan həmişə olduğu kimi, müxtəlif provokasiyalar törədərək Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır:


“Düşmən təxribatının əsas hədəflərindən biri də Naxçıvandır. Ancaq onlar bilməlidir ki, Naxçıvanın təhlükəsizliyi dövlət rəhbərliyinin diqqət mərkəzindədir".

Vaqif Dərgahlı Azərbaycanın yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları olduğunu da vurğulayıb.

Bugünlərdə Azərbaycan mediasında Ermənistan silahlı qüvvələrinin Naxçıvanda Azərbaycan mpvqelərinə hücumu, irimiqyaslı döyüş getdiyini yazırdı.

Müdafiə nazirliyi isə öz saytında yaydığı rəsmi məlumatda həmin xəbərlərin yalan olduğunu bildirir.
XS
SM
MD
LG