Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:16

Bakı küçələrində zirehli texnika (Video)


Sosial şəbəkələrdə Bakı küçələrində peyda olan Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnikaların video yayılıb. Həmin videonu iyunun 11-də Euronews.az saytı youtube portalına yerləşdirib.

Videoda zirehli maşınlardan ibarət karvanın gecə saatlarında Bakıda hərəkət edirlər.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzadlıqRadiosuna deyiblər ki, iyunun 11-də Silahlı Qüvvələrin zirehli maşınlarından ibarət karvan Bakı küçələri ilə bir dislokasiya yerindən digərinə planlı surətdə yerdəyişmə edib. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün də bu yerdəyişmə axşam saatlarında həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG