Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:19

Yerevanda məhkəmə qabağında millətçi partiya tərəfdarı atəş açaraq polisləri yaralayıb


Ermənistanın Tsegakron partiyasının tərəfdarı Yerevan məhkəsinin binası qarşısında atəş açaraq bir neçə polis zabitini yaralayıb.

Hadisə iyunun 12-də Yerevanda Tsegakronun lideri Shant Harutiunianın məhkəməsi getdiyi vaxt baş verib.

Güllə atan 31 yaşlı Haik Biuregiandır. O, binanın yanında dayanmış maşının üstə çıxıb və polisə pnevmatik tapançadan atəş açıb.

Bir neçə polis yaralanıb və onları xəstəxanaya aparıblar.

İyunun 12-də Yerevanda Ermənistanın millətçi Tsegakron partiyasının lideri Shant Harutiunianın məhkəməsi başlanıb.

O, noyabr ayında Yerevanda öz partiyasından olan tərəfdarlarının polislə toqquşmalarından sonra həbs olunub. O vaxt nümayişçilər prezident ofisinə yürüş etməyə cəhd göstərdi.

Partiya fəalları deyirdilər ki, onlar Ermənistanda inqilab etmək istəyirdilər.
Polislə həmin toqquşmalarda onlarla nümayişçi yaralandı, 4 polis xəsarət aldı.
Harutiunianı polisə müqavimətə görə 10 ilədək həbs cəzası gözləyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG