Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:30

Braziliyanın 10 nömrəli oyunçusu - Neymar


Neymar
Neymar
-

Brazilya yığma komandasında 10-cu nömrənin xüsusi tarixi var. 1958-ci ildə 17 yaşlı Pele köynəyindəki rəqəmləri dünyanın ən populyar nömrəsinə çevirdi. 13 il «10-luq yükünü» belində daşıyan Peledən sonra Braziliya millisində bu nömrə altında meydana çıxan oyunçu həmişə diqqət mərkəzinə çevrilir.

Bu il Braziliyanın 10 nömrəli oyunçusu Neymardır.

«Bu nömrəni daşımaq böyük şərəfdir. Mənim üçün onun böyük əhəmiyyəti var», deyə Neymar Xorvatiyaya qarşı oyundan 1 gün əvvəl, San Pauloda keçirilən mətbuat konfransında bildirib.

22 yaşlı Neymar daha çox 11 nömrəsi ilə assosiasiya olunurdu. Hazırda oynadığı «Barselona» klubunda da bu nömrə ilə çıxış edir.

Xəbər verilir ki, ötən ilin yayında Konfederasiya kubokunda uğurlu oyunlardan sonra Neymar özü Braziliya yığması tərkibində meydana 10 nömrəli köynəklə çıxmağı arzulayıb, bununla da öz üzərinə böyük psixoloji yük götürüb.

Son 2 dünya çempionatında Braziliya yığmasında bu nömrə ilə çıxış edən futbolçular rəqib qapısına qol vura bilməyiblər. 2006-cı ildə Ronaldinho, 2010-cu ildə isə Kaka «post-Pele» sindromunun öhdəsindən gələ bilməyiblər.

San Paulodakı mətbuat konfransında 10 nömrə yükü əsas mövzu olsa da, Neymar sakit görünürdü:

«Mən ən yaxşı oyunçu və ya bombardmançı olmaq istəmirəm. Yeganə arzum dünya çempionatının qalibi olmaqdır».
XS
SM
MD
LG