Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:49

Bakı 2015 Avropa Oyunları BP-ni rəsmi tərəfdaş elan edir


Bakı 2015 Avropa Oyunları BP şirkətini növbəti yay keçiriləcək möhtəşəm və tarixi idman tədbirinin rəsmi tərəfdaşı elan edib.

BP şirkəti ilk dəfə keçiriləcək Avropa Oyunlarının neft və qaz tərəfdaşı olacaq. BP bildirir ki, bununla bağlı əldə olunan razılaşmaya əsasən, şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə yardım edəcək.

Bakı 2015 Avropa Oyunlarını bütün Azərbaycanda təbliğ etməklə yanaşı, BP şirkəti Avropa Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan idmançılarının yetişdirilməsini maliyyələşdirməyə yardım edəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru cənab Azad Rəhimov deyib: «BP şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəni dərindən tanıyır. BP bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəklənməsində təcrübəyə malikdir və biz onu Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi qəbul etməkdən məmnunluq duyuruq».
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti Ian Sutherland deyib:

«Bu təşəbbüs yüzlərlə Azərbaycan gəncinin yeni bacarıqlara və biliklərə yiyələnərək ölkənin beynəlxalq tədbirlər həyata keçirmə potensialına töhfə verməsi üçün çox gözəl bir imkandır. BP şirkəti Azərbaycanın bacarıq və potensialların yaradılması istiqamətində göstərdiyi ümumi səyləri gücləndirəcək və layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq bu təşəbbüsü dəstəkləməkdən məmnunluq duyur».

Günün bütün mövzuları

XS
SM
MD
LG