Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:00

Ağahüseyn Cavadovun 120 illik yubileyi qeyd olunacaq


Ağahüseyn Cavadov
Ağahüseyn Cavadov
-
İyunun 12-də saat 18:00-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, teatrın foyesində baş tutacaq gecənin rejissoru və ssenari müəllifi Loğman Kərimov, aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.

Tədbirdə görkəmli aktyorun çəkildiyi «Bəxtiyar», «Sehrli xalat», «Bir qalanın sirri», «Əhməd haradadır?», «Qızmar günəş altında» filmlərdən fraqmentlər nümayiş olunacaq, aktyorlar, sənətşünaslar sənətkar haqqında fikirlərini bölüşəcəklər.

Gecədə GülyanaqGülyaz Məmmədova bacılarının və Anar Şuşalının ifasında müxtəlif musiqi parçaları da səslənəcək.

Mahir komediya ustası Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub.

Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə «Səadət» məktəbini bitirib.

Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib.

Milli Dram Teatrının səhnəsində çoxsaylı obrazlar yaradıb.

Ağahüseyn Cavadov «Bəxtiyar» (Rza), «Qızmar günəş altında» (Pirioğlu), «Əhməd haradadır?» (Əhməd kişi), «O olmasın, bu olsun» (Bəy), «Bir qalanın sirri» (Rəmmal), «Sehrli xalat» (Vəzir), «Görüş» (Əbülfəz), «Şərikli çörək» (Xırdavatçı) və digər filmlərə çəkilib.

Ustad aktyor 1981-ci il iyulun 20-də Bakıda vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG