Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:10

İran yığması oyundan sonra köynəklərini niyə dəyişmirdi? - Mətbuat icmalı


İraq ya Suriyaya çevriləcək ya da xilafət olacaq.

Sanskiyalara görə İran öz futbol yığmasına pul çatdırmır.

Putinə ən çox rəğbət 18-24 yaşlıar arasındadır.

Mərc gələnlər Dünya Kubokunu kimin qazanacağını düşünür?

Dünya Mediası bu gün nədən yazır?


430 MİLYON DOLLAR OĞURLAYIBLAR

Wall Street Journal qəzeti yazır ki, İraq və Suriya İslam Dövləti Təşkilatının yaraqlıları Mosul çəhərini tutanda 2 milyon əhalisi olan bu şəhərin banklarından yarım milyard dollara yaxın - 430 milyon dollar vəsait götürüblər.

Qəzet yazır ki, bu təşkilatın yaraqlıları təlim görmüş, təşkilatlanmış ordudur.

Qəzet hesab edir ki, belə getsə, İraqın 2 variantı var: ya Suriyaya çevrilmək ya da orta əsrlərdəki xilafətin bərpa olunması.

BƏS MÜHARİBƏ BİTMİŞDİ?


Washington Post qəzeti yazır ki, prezident Obama müharibələrin bitdiyini deyirdi. O, ABŞ-ı müharibələrdən çıxartdı. Ancaq indi İraqda baş verənlər Obamanın illərdir ki, dediklərini şübhə altına alır. Müharibə bitməyib.

İraq və Suriya İslam Dövləti təşkilatı əl-Qaida ilə əlaqədardır. Bu təşkilatla müqayisədə əl-Qaida hətta mötədil bir təşkilat ola bilər. Onlar İraqın ən mühüm ikinci şəhəri olan Mosulu tutandan sonra Tikriti tutublar və Bağdada doğru gedir.

Qəzet Obamın siyasətinin tənqid edərək yazır ki, Obama Suriyaya əhəmiyyətli müdaxilə etmək istəmirdi, 3 il gedən vətəndaş müharibəsi Suriyanı fəlakətli duruma gətirdi. Liviyada Obama Gaddafini devirməyə gətirən bombardman kampaniyasına qoşuldu. Ancaq Gaddafidən sonra ölkəyə təhlükəsizlik köməyi göstərmədi ki, xalq özü-özünü müdafiə edə bilsin.

İraq haqda isə 2011-ci ildə Obama deyirdi ki, “burda uğur göz qabağındadır. İraq sabit və təhlükəsizdir”.

Qəzet bu nəticəyə gəlir ki, qoşunları ölkədən tamam çıxarmaq risklidir. ABŞ hökuməti yaxın Şərqdə dağ kimi qalanan təhlükəni qiymətləndirməlidir və “müharibəni doğrudan da dayandırmaq” yolunu seçməlidir.

Əl-QAİDA XƏRİTƏSİ

Daily Telegraph qəzeti Əl-Qaida xəritəsi adlı məqaləsində yazır ki, “Osama bin laden 2011-ci ildə ola bilsin ki, öldürülüb. Ancaq Əl-Qaida ölməyib. O, müxtəliuf ölkələrdə müxtəlif şəklə düşür.”

İraqda və Suriyada bu, İraqı və Şam (Suriya) İslam Dövləti Təşkilatıdır. Nigeriyada Boko Haramdır. Somalidə al-Shabaabdır. Yəməndə Əl-Qaidadır.

KÖYNƏK DƏ QITDIR

“Meydançada mollalar” məqaləsində Foreign Policy dərgisi sanksiyaların İranın futbol üzrə Dünya Kuboku ambisiyalarına təsirindən yazır.

Foreign Policy vurğulayır ki, pul çatmır. Dünya kubokunun seçmə oyunlarının sonunda iran yığmasının oyunçularlı rəqib yığma ilə köynəklərini dəyişmirdilər. Çünki köynəklər məhdud sayda verilirdi.

2013-cü ilin avqustuinda maliyyə çətinliyinə görə İran yığmasının Portuqaliyada məşq düşərgəsində təlimləri ləğv olundu.

Bununla belə iran bir xərcə getdi: 2011-ci ildə portuqaliyalı məşqçi Carlos Queirozu gətirdi. O, Real Madrid və Manchester United klublarında məşqçi olub.

Queiroz İrana gələn gündən vəsait çatışmazlığından şikayət edir. O deyir : “Kim ki, İran yığmasının 14 günə uğur qazanmağına inanır, onlar ya dəlidir ya da nağılda yaşayır”.

GƏNCLƏRİN PUTİNƏ RƏĞBƏTİ

İndependent qəzeti yazır ki, Levada mərkəzi Rusiyada sorğu keçirib. 18-24 yaşlı gənclər arasında Putinə rəğbət hətta yaşlılar arasında olan rəgbətdən yüksəkdir – 86 faiz. Heç bir ya qrupunda Putinə belə yüksək rəğbət yoxdur.

Qəzetin müxbiri Moskvada universitetlərdən birinin yeməkxanasına gedib, orda tələbələrdən bunun səbəbini soröub. Chernysheva adlı qız deyib ki, “Dünya bizdən qorxmalıdır. Qorxanda hörmət edirlər”.

Ancaq o da maraqlıdır ki, Chernysheva ilə eyni masada oturan və onun dostu olan 20 yaşlı Anton Kusakin tamam başqa fikirdədir. O deyib ki, Krımın anneksiyası Rusiyada “beyinləri qızdırıb”. O həmçinin işarə edib ki, Rusiyada heç nə dəyişməyib: “Rusiyada həbsxanaya düşmək çox asandır”.

Kusakin nə dediyini yaxşı bilir. O bir il əvvəl müxalifətlə, o cümlədən bloqqqer Navalny ilə əməkdaşlıq edirdi.

BRAZİLİYA, ARGENTİNA,...

Braziliyada iyunun 12-də başlanan futbol üzrə Dünya Kuboku yarışlarını kim qazana bilər? Reuters İngiltərənin mərc şirkətlərində olan son vəziyyətdən yazır.

Ən çox Braziliyanın çempion olacağına pul qoyurlar. 2-ci yerdə Argentina, 3-cü yerdə Almaniya, 4-cüdə İspanaya gəlir. Sonrakı yerlərdə Belçika, Fransa və Kolumbiyadır.
Braziliya ilə Kolumbiyanın şansları arasında fərq belədir ki, Braziliyanın çempion olacağına 1 dollar qoyan Braziliya çempion olsa, 4 dollar alacaq. Kolumbiyanın çempionluğuna 1 dollar qoyan isə - 26 dollar.

Günün bütün mövzuları

XS
SM
MD
LG