Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23

Hilal Məmmədovun kasasiya şikayətinə baxılması təxirə salınıb


Hilal Məmmədov

Hilal Məmmədov

-

İyunun 12-də Ali Məhkəmədə «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun kasasiya şikayətinə baxılması təxirə salınıb. Buna səbəb H. Məmmədovun iclasda iştirakının təmin edilməməsidir.

Bu haqda AzadlıqRadiosuna vəkil Ramiz Məmmədov məlumat verib.

İclasın əvvəlində müdafiə tərəfi bununla bağlı vəsatət qaldırıb. Lakin hakim İnqilab Nəsirov bildirib ki, H. Məmmədovun iclasda iştirak istəyilə bağlı ərizəsi və vəkillərin müraciətləri gec daxil olub.

Hakim H. Məmmədovun iştirakının nə dərəcədə vacib olub-olmaması ilə maraqlanıb.

Cavab olaraq vəkil Ramiz Məmmədov bildirib ki, H. Məmmədovun iclasda iştirakı bəzi məsələlərə aydınlığın gətirilməsi səbəbindən lazımdır. Çünki onun məhkəmə instansiyalarına bir çox müraciəti məhkəmə nəzarətçisi qaydasında geri qaytarılıb.

Dövlət ittihamçısı H. Məmmədovun iştirakına etiraz etməyib. İclas iyunun 25-i saat 11:00-a keçirilib.

«Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədov 2012-ci ilin iyununda narkotik maddə saxlamaq ittihamı ilə həbsə alınıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarılıb.

Beynəlxalq «Amnesty İnternational» hüquq müdafiə təşkilatı H. Məmmədovu «vicdan məhbusu» elan edib.

DAHA BİR MƏHKƏMƏDƏ İSƏ HİLAL MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏN TƏMİN EDİLİB

İyunun 12-də Ali Məhkəmənin inzibati-iqtisadi işlər üzrə kollegiyasında «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun DİN və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı kasasiya şikayətinə baxılıb.

Bu haqda vəkil Xalid Bağırov məlumat verib.

DİN və Baş Prokurorluq 2012-ci ildə yaydıqları birgə məlumatda H. Məmmədovu cinayət əməli törətmiş şəxs kimi təqdim etmişdi.

H. Məmmədovun təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı şikayətlərini birinci instansiya məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi təmin etməmişdi.

İyunun 12-də Ali Məhkəmə şikayəti qismən təmin edib. İşi təkrar baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG