Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:28

Macarıstan TÜRKPA-nın V plenar sessiyasında iştirak edir


Arxiv foto
Arxiv foto
-
Macarıstan Bakıda öz işinə başlayan TÜRKPA-nın - Türkdilli Ölkələrin Parlament Assambleyasının V plenar sessiyasında rəsmi nümayəndə heyəti ilə iştirak edir.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyindən veriblər.

Macar Parlamentinin sədri Laslo Kover Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə göndərdiyi məktubda qəbul olunmuş bu qərarı macar xalqının soy-kökünün Şərqlə, türk dünyası ilə bağlılığı və ölkənin son illərdə həyata keçirdiyi «Şərqə açılım» siyasəti ilə əlaqələndirib.

Sessiyada iştirak edən Macarıstan nümayəndə heyətinin tərkibinə Parlamentin vitse-spikeri Şandor Lejak və Parlament sədrinin baş müşaviri, Macarıstanın Türkiyədəki keçmiş səfiri Andraş Kelemen daxildirlər.

Macarların türk əsilli xalq olmaları ideyasını ardıcıl müdafiə edən vitse-spiker Şandor Lejak həm də tanınmış dramaturq və tarixçi, Azərbaycan dilinin və tarixinin tədris edildiyi Lakiteleki Akademiyasının qurucusudur.

Şandor Lejak eyni zamanda 2006-cı ildən başlayaraq hər iki ildən bir keçirilən Hun-türk qurultayının rəsmi himayəçisidir.

Bakıda olduğu günlərdə o, TÜRKPA plenar sessiyanın işində iştirak etməklə bir sırada Macarıstanın Turan cəmiyyəti xətti ilə paytaxtda təşkil olunan tədbirlərə qatılacaq, habelə bir sıra görüşlər keçirəcək.

Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakıda keçirilən V plenar sessiyası iyunun 11-də başlayıb.

Sessiya iyunun 13-dək davam edəcək.

TÜRKPA-nın V plenar sessiyasının Bakıda keçirilməsi haqda qərar ötən ilin iyununda Ankarada qəbul olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG