Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

İyunun 12-də İraq parlamenti təcili iclasını keçirəcək.

Parlament sünni yaraqlıların son hücumu ilə bağlı ölkədə fövqəladə vəziyyət elan olunub-olunmayacağını müzakirə edəcək.

Parlament baş nazir Nuri al-Malikinin yaraqlıların qarşısını almaq üçün hökumətin səlahiyyətlərini genişləndirmək xahişinə görə toplaşır.

İyunun 11-də baş nazir Nuri al-Maliki ilə parlamentin sünni spikeri Osama al-Nujaifi görüşüb.

İraqda sünni yaraqlılar iyunun 11-də Tikrit şəhərini, bir gün əvvəl isə Mosul şəhərini ələ keçiriblər. Mosulda onlar 49-u konsulluq heyəti olmaqla 80 türkü girov götürüblər.

BMT-nin baş katibi Ban Ki-moon beynəlxalq ictimaiyyəti İraqla həmrəylik nümayiş etməyə çağırıb. İyunun 12-də BMT Təhlükəsizlik Şurası toplaşaraq İraqdakı durumu müzakirə edəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Birləşmiş Ştatların yaraqlıları dəf etmək üçün İraqa yeni yardım göstərəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG