Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19
-

İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərliklərdəki vəziyyətlə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. Nazirlik bildirir ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və «Amburan» çimərliyi ərazisində, Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Bu çimərliklərdə çirklənmə dərəcəsinin norma daxilində olduğu qeyd olunur.

Ancaq belə qurğuların quraşdırılmadığı məntəqələrdə mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Sumqayıtdakı, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsindəki çimərlik ərazilərində bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıqdır.

Nazirlik bildirir ki, Sumqayıtdakı, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsindəki çimərlik əraziləri yararsızdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG