Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41
-
İyunun 19-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində Prezident yanında Elmi İnkişaf Fondunun qrantı ilə «MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması» layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçiriləcək.

Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, tədbirdə AMEA rəsmiləri, Elmi İnkişaf Fondunun rəhbər heyəti, alimlər, muzeyşünaslar və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Alınmış avadanlıqlar ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub.

İngiltərənin «Wellord & co» bərpa və konservasiya şirkətinin istehsalı olan vakum təmizləyicisi, eyni şirkətin istehsalı olan nəmləndirici masa, İtaliyanın «Bertoncello proxima» şirkətinin istehsalı olan mikro-qaynaq cihazı (bütün növ materiallar üzrə), İtaliyanın «CTS-prodotti-perrestouru» şirkətinin istehsalı olan sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vanna, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici cihaz, İtaliyanın «Dino-lite ANMO-electronics» şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoregistraiya cihazı, İtaliyanın «CTS-prodotti-perrestouru» şirkəti və Almaniyanın «Scheider» şirkətinin birgə istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakum nasosu kimi cihaz və qurğular maraq doğurur.

Alınmış avadanlıq istər şəxsi kolleksiyalarda olan, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq.

Tədbir Milli Azərbaycan Tarixi Muzeyində iyunun 19-da saat 11:00-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG