Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:07

«Bank Respublika» ASC-nin Sabirabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verilməsi barədə material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı müəyyənləşib ki, cəmiyyətin Sabirabad filialının vəzifəli şəxsləri 38 halda Saatlı rayon sakinləri ilə onların müxtəlif vəzifələrdə işləmələri və əmək haqqı almaları barədə idarə, müəssisə və təşkilatlar tərəfindən verilmiş saxta arayışların və təqdim edilmiş digər sənədlərin qanuniliyini yoxlamadan qanunsuz olaraq istehlak krediti müqavilələri rəsmiləşdirib. Bununla da 137 700 manat məbləğində vəsaitin kredit kimi ödənilməsinə şərait yaradıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG