Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

Kramatorksda əhali kütləvi şəkildə şəhəri tərk edir. Jurnalist Aleksandr Oleynik Facebook səhifəsində yazıb ki, şəhərdə çaxnaşmadır, hamı, siyasi mənsubiyyətdən asılı olmayaraq, şəhəri tərk edir. Sakinlər dolana bilmir, xəzinə də bir aydır işləmir. Fəhlələr zavoddan çıxır.

Kramatorska içməli su tükənir. Qonşu Slavyanskda təmizləmə qurğularında qəzadan sonra şəhərdə durum kəskinləşib. Slavyanskda Ukrayna silahlı qüvvələri silahlı separatçılara qarşı əməliyyatlar aparır.

Oleynik yazır ki, mətbuat, radio və televiziyanın işləməməsi əhalinin əhvalına təsir edir. Ancaq Rusiya kanalları işləyir.

Donetsk separatçılarının liderlərindən biri Denis Pushilin bəyan edib ki, Ukraynanın döyüşlər gedən bölgələrini tərk edənlərin 15 min nəfər adam Rusiyaya gedib.

İyunun 12-də Rostovda ATƏT-in baş katibi Lamberto Zannier ukraynalı qaçqınlarla görüşəcək.

Ukraynanın müxtəlif bölgələrində də Donbassdan qaçan vətəndaşlara yardım etmək üçün xüsusi qəbul məntəqələri yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG