Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:20

Ban Ki-moon İraqla beynəlxalq həmrəyliyə çağırır


Mosuldan qaçan iraqlılar İrbil keçid məntəqəsində yoxlanır, 11 iyun

Mosuldan qaçan iraqlılar İrbil keçid məntəqəsində yoxlanır, 11 iyun

-

BMT-nin baş katibi Ban Ki-moon beynəlxalq ictimaiyyəti İraqla həmrəylik nümayiş etməyə çağırıb. İraqda sünni yaraqlılar hücuma keçiblər. Onlar iyunun 11-də Tikrit şəhərini, bir gün öncə isə Mosulu zəbt ediblər, Mosulda 80 türkü tutublar.

İyunun 12-də BMT Təhlükəsizlik Şurası toplaşaraq İraqdakı durumu müzakirə edəcək.

Ağ Ev son sutka ərzində təhlükəsizlik vəziyyətinin pisləşdiyini bildirir. Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Birləşmiş Ştatların yaraqlıları dəf etmək üçün İraqa yeni yardım göstərəcəyi gözlənir, ancaq detallara varmayıb.

KOMANDİRLƏR CƏZALANDIRILACAQ

Baş nazir Nuri al-Maliki Mosulu yaraqlıların tutmasını «sui-qəsd» adlandırıb və şəhərin güclə geri alınacağına and içib. O, deyib ki, geri çəkilən ordu komandirləri «cəzalandırılmalıdır».

İraqda yaraqlılar

İraqda yaraqlılar

İyunun 10-da yaraqlılar Mosulu tutanda, məlumatlara görə, təhlükəsizlik qüvvələri formalarını dəyişib və şəhərdən qaçan sakinlərə qoşulub.

2 milyon əhalisi olan Mosulu 500 min nəfərin tərk etdiyi bildirilir.

PEŞMƏRGƏ İLƏ ƏMƏKDAŞLIQ OLUNACAQ


İraq parlamenti iyunun 12-də toplaşıb Malikinin fövqəladə vəziyyət elan etmək xahişinə baxacaq.

İraqın xarici işlər naziri Hoshyar Zebari deyib ki, Bağdad yaraqlıların Mosuldan çıxarılması üçün yarımuxtar kürd regionunun hərbi qüvvəsi - Peşmərgə ilə əməkdaşlıq edəcək. Ancaq mümkün əməkdaşlığın detalları barədə bilgi verilməyib.

Yanvardan bəri yaraqlılar Ramadinin bəzi hissələrini və Fəllucə şəhərini tutublar.

İRAQ ABŞ-DAN KÖMƏK İSTƏYİB

Amerika mətbuatı yazır ki, İraq Birləşmiş Ştatlara müraciət edərək Əl-Qaida yaraqlılarına zərbə endirilməsini istəyib. The New York Times Amerika və İraq rəsmilərinə istinadla yazır ki, xahişi baş nazir Nuri al-Maliki edib. Barack Obama administrasiyası xahişə hələlik cavab verməyib.

The Wall Street Journal administrasiyanın adının çəkilməsini istəməyən əməkdaşına istinadla yazır ki, Birləşmiş Ştatlar İraq ordusuna köməyin müxtəlif variantlarına baxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG