Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39

Pakistanın Şimali Vəziristan vilayətində 14 yaraqlı öldürülüb. Zərbələri ABŞ pilotsuz təyyarələrinin endirdiyi bildirilir. Üç zərbə yaraqlıları daşıyan maşınları hədəfə alıb. Bunlar bu il ABŞ ordusunun Pakistan ərazisinə endirdiyi ilk zərbələrdir.

Şübhəli yaraqlıların xarici, yaxud yerli talibançı olduqları bəlli deyil.

Hücumlardan əvvəl Pakistan Talibanı özbək yaraqlılarının iyunun 8-də Karachi aeroportuna hücumda iştirakını təsdiqləyib. Həmin hücumda azı 37 nəfər ölüb.

Pakistan torpağına sonuncu hərbi zərbə ötən ilin dekabrında endirilib. Media məlumatlarına görə, Pakistan hökumətinin xahişi ilə hücumlar müvəqqəti dayandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG