Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59
-

İyunun 12-də Braziliyada futbol üzrə dünya çempionatı başlayır. Bir ay ərzində 32 ölkəni təmsil edən komandalar çempionluq uğrunda mübarizə aparacaq.

San Paoloda keçiriləcək ilk matçda Braziliya Xorvatiyanı qəbul edəcək. Braziliya prezidenti Dilma Rousseff deyib ki, ölkəsi artıq xərclərə, tikintilərin yubanmasına, etirazlara baxmayaraq Dünya Çempionatına ev sahibliyi etməyə hazırdır.

O, ölkəsinin 600 min azarkeşə «qucaq açmağa» hazır olduğunu söyləyib.

Braziliya 12 stadionun tikilməsi və bərpası, infrastrukturun təkmilləşdirilməsinə 11 milyard dollar xərcləyib. Bu, ən bahalı futbol çempionatı sayılır.

Ancaq bu xərcləmələr etirazlara səbəb olub. Tənqidçilər bu pulun məktəblərə, xəstəxanalara, ictimai nəqliyyata sərf oluna biləcəyini deyiblər.

Hakimiyyət ümummilli etirazların baş verəcəyindən narahatdır. Ötən il oxşar etirazlar FİFA Konfederasiyalar Kubokuna kölgə salmışdı.

Şərhləri göstər

XS
SM
MD
LG