Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:07
-
Ukrayna əlavə endirimlər istəməklə qaz danışıqlarını «dalana aparır». Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Putin iyunun 11-də baş nazir Dmitry Medvedev-ə tapşırıb ki, Kiyevin 1.000 kubmetr qaz üçün ödədiyi qiyməti 100 dollar azaltsın – 485 dollardan 385-ə salsın. Bu azalma qazın ixracı üçün rüsumun götürülməsindən yaranacaq.

Ancaq Putin deyib ki, Kiyev görünür daha böyük endirim istəyir. O, xəbərdarlıq edib ki, Ukrayna təklifi rədd etsə, «Rusiya Kiyevlə münasibətlərin fərqli mərhələsinə girəcək».

İyunun 11-də «Qazprom» Ukraynaya daha bir həftə vaxt verib. Bundan sonra qaz üçün öncədən ödənişi tələb edilə bilər. «Qazprom» rəhbəri Aleksei Miller deyib ki, iyunun 16-da son tarix qoyulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG