Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:55
-

Son bir ildə Rusiya keçmiş sovet ölkələrini «repressiyanın yeni, həyəcan yaradan səviyyəsinə» çatdırıb. Freedom House təşkilatının iyunun 12-də açıqladığı «Keçid Ölkələri 2014» adlı hesabatında belə deyilir. Hesabata görə, 2013-cü ildə orta demokratiya balı geriləyib. Bu geriləmə son on ildə hər il baş verir.

Keçmiş Sovet İttifaqı, Balkanlar, Mərkəzi Avropada korrupsiya artıb. Avropa Birliyinin üzvü olmayan 12 keçmiş sovet ölkəsində demokratiya son on ildə kəskin geriləyib.

Ancaq 2013-cü ildə Ukrayna və Qırğızıstanda vətəndaş cəmiyyəti dirəniş göstərib.

Balkanlarda da müsbət inkişaf qeydə alınıb, Kosovanın etnik serb əraziləri ilə bağlı Priştina və Belqradla məhsuldar danışıqlar aparılıb.

Ancaq tədqiqatda deyilir ki, «vəzifəsini yerinə yetirə bilməyən» hökumətlər demokratiya göstəricilərini aşağı dartmaqda davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG