Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:17

Naxçıvanda hərbi maşın minik avtomobili ilə toqquşub: 5 ölü, 2 yaralı


Foto: Arxiv

Foto: Arxiv

-
Naxçıvanda «Kamaz» markalı hərbi maşının minik avtomobili ilə toqquşması 5 nəfərin ölümü, 2 nəfərin yaralanmasına səbəb olub.

Bu haqda AzadlıqRadiosuna məlumat verən şahidlərin sözlərinə görə, hadisə iyunun 11-də Naxçıvan-Sədərək yolunun Kəngərli rayonu ərazisində baş verib. Ölən 5 nəfərin minik avtomobilinin sərnişinləri olduğu bildirilir. Yaralanan 2 hərbçi isə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimallar görə, qəzaya səbəb hərbi maşın olub.

Ölənlərin kimliyi dəqiqləşdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisindən faktı təsdiqləsələr də, hadisəyə hansı sürücünün səbəb olduğunun araşdırıldığını bildirdilər.

Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG